Kolleclərə qeydiyyat müddəti uzadıldı

 Kolleclərə qeydiyyat müddəti uzadıldı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesi 2 sentyabr saat 18:00-dək davam edəcək.

Asayis.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.

"Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək", - məlumatda qeyd olunub.

14:38 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin