Qumar oynayan Qəbələ sakini 3 min cərimələndi

 Qumar oynayan Qəbələ sakini 3 min cərimələndi

Qəbələ rayonunda onlayn qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, 2000-ci il təvəllüdlü Sərvər Əsədov (ad-soyad şərtidir – red.) Qəbələ rayonu ərazisində olarkən mobil telefon vasitəsi ilə "Pin up" və "Mostbet" qumar saytlarına giriş edib, kart hesabından həmin qumar saytlarına üç dəfəyə - 11.49, 16.49, 16 manat məbləğlərində pul depoziti edib.

Bu hərəkətləri ilə pul qazancı müqabilində qumar oyununda iştirak edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Əsədov 3 min manat cərimə edilib.

19:04 - 29 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin