Ödənişli yolda BMV-X6 qəzaya uğradı: 1 ölü, 5 yaralı

 Ödənişli yolda BMV-X6 qəzaya uğradı: 1 ölü, 5 yaralı

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Asayis.az Report-a istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BMV-X6 markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

11:44 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin