Palıd ağacını budayarkən yıxılıb öldü

 Palıd ağacını budayarkən yıxılıb öldü

Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Asayis.az xəbər verir ki, rayonun Məmmədrzaküçə kəndinin sakini, 1970-ci il təvəllüdlü Əşrəf Xeyrulla oğlu Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budayarkən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırmalar aparılır.

13:42 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin