Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.
Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib.
Kənd sakini Ağa Məmmədov Suqovuşandan gələn kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun meyiti düşdüyü yerdən aralıda sakinlər tərəfindən aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
