Bakıda kamera quraşdıran kişi faciəvi şəkildə öldü

 Bakıda kamera quraşdıran kişi faciəvi şəkildə öldü

Bakıda kişini elektrik cərəyanı vurub.

Asayis.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

36 yaşlı Əlabbas Səməndər oğlu Niftalıyevi qəsəbə ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vurub.

Xəstəxanaya yerləşdirilən Niftalıyevi xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

13:42 - 28 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin