Jalə Əhmədova da ali məktəbə qəbul oldu

 Jalə Əhmədova da ali məktəbə qəbul oldu

Sabiq deputat Jalə Əhmədova ali məktəbə qəbul olunub.

Asayis.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

Sabiq deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq.

Qeyd edək ki, J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub.

12:42 - 28 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin