İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər

 İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər

Dünən səhər saatlarından başlayaraq İranın 59 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Asayis.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Aclıq aksiyası 131-ci dəfədir ki, hər həftənin ikinci günü (24 saat müddətinə) keçirilir.

14:38 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin