Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü

 Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır

09:08 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin