Bakıda qadını qayınanası döydü, qayınatası isə bıçaqladı

 Bakıda qadını qayınanası döydü, qayınatası isə bıçaqladı

Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.

1997-ci il təvəllüdlü Əsgərova D. qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Yaralının yaxınlarının verdiyi məlumata görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.

10:16 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin