Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, İlham Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında paytaxtın Yasamal rayonunda baş verib. İlham Hüseynov kirayə yaşadıqları evdə mübahisə etdiyi həyat yoldaşı Şəhla Hüseynovanı 10 bıçaq zərbəsi ilə qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb.
İlham Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
