Oğuzda ağır qəza: ölən var - Foto

 Oğuzda ağır qəza: ölən var - Foto

Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mersedes" və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

10:02 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin