Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Bu barədə Asayis.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:
- Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi
- Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey
- Bakı şəhəri "Zəngi" liseyi
- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi
- Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi.
