Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu

 Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu

Bir müddət əvvəl Türkiyədə bıçaqlanan Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti Araz Musayev prezidenti qarın boşluğundan əməliyyat olunub.

Asayis.az xəbər verir ki, bu barədə "Unikal"a Araz Musayevin özü məlumat verib. O bildirib ki, cərrahi müdaxilə uğurla başa çatıb.

Eyni zamanda, həkimlər tərəfindən A.Musayevin baş nahiyəsində müayinələr aparılıb. Aldığı zədələrlə əlaqədar yaxın günlərdə baş nahiyəsindən də əməliyyat olunacağı gözlənilir.

Qeyd edək ki, Araz Musayev ötən ilin avqust ayında Türkiyədə bıçaqlanıb.

23:22 - 27 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin