Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tiflis dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tiflis qatarının hərəkətində gecikmə qeydə alınıb.
Asayis.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
