Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı

 Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tiflis dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tiflis qatarının hərəkətində gecikmə qeydə alınıb.

Asayis.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

16:20 - 25 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin