Oğlunu şəhid verən ana qızına həyat verdi

 Oğlunu şəhid verən ana qızına həyat verdi

44 günlük Vətən müharibəsində oğlunu itirən ana bu dəfə digər övladının yaşaması üçün böyük fədakarlıq edib.

Asayis.az xəbər verir ki, bu barədə həkim-cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.

Həkimin sözlərinə əsasən, Gülşən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına donor olub. O bildirib ki, üç gün əvvəl həyata keçirilən böyrək transplantasiya əməliyyatı uğurla başa çatıb.

“Kreatinin dəyəri 5.6 mqldl-dən 0.96 mq/dl-ə qədər düşdü. Özlərini yaxşı hiss edirlər. Müalicəsi davam edir. Allah şəfa versin. Əməyi keçən hər kəsə təşəkkür”, - deyə həkim qeyd edib.

17:02 - 24 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin