Prezident fərman imzaladı

 Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Asayis.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci və 15-27-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.18-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “İcbari tibbi sığorta” altsistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə yaradılan altsistemin formalaşdırılmasını 2027-ci il yanvarın 1-dək təmin etsin.

5. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92 (Cild I); 2024, № 12 (II kitab), maddə 1361; 2025, № 11, maddə 1021, № 12 (I kitab), maddə 1154) 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 6.1-ci bəndə “1.1.14-cü,” sözlərindən sonra “1.1.18-ci,” sözləri əlavə olunsun, həmin bənddən “15-13.1-ci” sözləri çıxarılsın və həmin bənddə “15-27.1-ci, 15-27.2-ci” sözləri “15-27-ci” sözləri ilə əvəz edilsin;

5.2. 6.3-cü bənddən “15-27.2-ci,” sözləri çıxarılsın;

5.3. 6.4-cü bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin;

5.4. 6.5-ci bəndə “Qanunun” sözündən sonra “15-27-ci maddəsində və” sözləri əlavə olunsun və həmin bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.5. 6.6-cı bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.6. 6.7-ci bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin;

5.7. 6.12-ci bəndə “1.1.13-1-ci,” sözlərindən sonra “1.1.18-ci,” sözləri əlavə olunsun, həmin bənddən “15-13.1-ci,” və “15-27.1-ci,” sözləri çıxarılsın və həmin bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.8. 6.15-ci bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.9. 6.17.1-ci və 6.17.2-ci yarımbəndlərin 2-ci abzaslarında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə, “Agentliyin” sözü “Nazirliyin” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943, № 10, maddə 1140, № 12 (II kitab), maddə 1383; 2025, № 6, maddə 541, № 11, maddə 1022, № 12 (I kitab), maddə 1154; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 iyul tarixli 711 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2-ci hissə üzrə:

6.1.1. aşağıdakı məzmunda 2.1.6-2-ci və 2.3.6-2-ci yarımbəndlər əlavə edilsin:

“2.1.6-2. “İcbari tibbi sığorta” altsistemi;”;

“2.3.6-2. “İcbari tibbi sığorta” altsistemi vasitəsilə icbari tibbi sığorta sahəsində xidmətlərin elektronlaşdırılması, sənədlər üzrə məlumatların toplanılması və sistemləşdirilməsi;”;

6.1.2. 2.7-2-ci bənddə “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

6.2. 4.1.16-1-ci yarımbənd ləğv edilsin.

13:34 - 24 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin