İlhamə Novruzova vəzifəsindən azad edildi

 İlhamə Novruzova vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 23 iyul tarixində sərəncam imzalayıb.

Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad olunub.

13:22 - 23 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin