Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı

 Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyulun 23-26-də Bakıda keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə avtobuslar ayırıb.

Bu barədə Asayis.az-a AYNA-dan məlumat verilib.

Bildirilib ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze"ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək:

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur".

17:24 - 22 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin