Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək

 Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Asayis.az-ın Report-a istinadən məlumatına görə, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.

19:50 - 22 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin