Bakı Dənizkənarı Bulvarının uzunluğunun gələcəkdə 25 kilometrə qədər artırılması nəzərdə tutulur.
Asayis.az xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son illərdə Bakı Dənizkənarı Bulvarı keyfiyyətcə yeni mərhələyə keçib.
E.Əzizov qeyd edib ki, əvvəllər 3 kilometr olan bulvarın uzunluğu hazırda 17 kilometrə çatdırılıb.
O əlavə edib ki, gələcəkdə bu ərazinin 25 kilometrədək genişləndirilməsi planlaşdırılır.
