14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto

 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

Rayonun Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik maşını 2012-ci il təvəllüdlü piyada Röyal Hürbət oğlu İbrahimovu vurub.

14 yaşlı R.İbrahimov hadisə yerində həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.

10:12 - 15 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin