ADY-də qanvermə aksiyası keçirildi

 ADY-də qanvermə aksiyası keçirildi

“Azərbaycan Dəmir Yolları” QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.

Qurumdan Asayis.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.

Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.

15:52 - 12 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin