Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto

 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

15:48 - 11 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin