Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü

 Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.

Asayis.az xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

12:34 - 11 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin