Azərbaycanda marketlərdə 0,5L butulkalarda satılan içməli suyun qiymətində artım müşahidə olunub.
Asayis.az xəbər verir ki, daha əvvəl 0,60 qəpiyə satılan “Badamlı” və “Sirab” suları indi 0,70 və 0,75 qəpiyə təklif edilir.
Bundan başqa, “Bonaqua” sularının qiyməti də artıb. İndi adıçəkilən suların 0,5 litrlik butulkası 0,10 qəpik artaraq 0,50 qəpik olub.
