Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı

 Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı

Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.

Asayis.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, VAZ və Şevrolet markalı avtomobillərin toqquşuması nəticəsinsə Nadel kənd sakinləri iki qardaş 1993-cü il təvəllüdlü Orxan Həsənli və 1994-cü il təvəllüdlü Tərxan Həsənli, eyni zamanda 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdı1447rılıb, xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırna başlanılıb.

15:00 - 9 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin