Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü

 Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü

Qaradağ rayonunda bədbəxt hadisə baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə mayın 8-də Lökbatan qəsəbəsinin ərazisində yerləşən mərmər sexində qeydə alınıb.

Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayev işləyən zaman mərmər daşının qırılıb başına dəyməsi nəticəsində ölüb.

Araşdırma aparılır.

13:06 - 9 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin