"İçərişəhər"dəki işindən çıxdı, Parisdə vəzifə verildi - Foto

Elsevər Məmmədov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Layihələrin idarə olunması və əməkdaşlıq şöbəsi müdiri vəzifəsindən azad olunub.

Asayis.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.

Bildirilib ki, E.Məmmədov sözügedən şöbənin müdiri vəzifəsindən öz istəyi ilə azad edilib.

Məlumata görə, Elsevər Məmmədov bundan sonra fəaliyyətini Paris şəhərində UNESKO-nun Yaşayan İrs Mərkəzində Layihələr üzrə məsul şəxs vəzifəsində davam etdirəcək.

15:54 - 8 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin