Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığında tapılan azyaşlı hazırda təhlükəsiz şəraitdə sığınacaqda yerləşdirilib və onun təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülür.
Asayis.az xəbər verir ki, bu barədə Teleqraf-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, uşaq tibbi müayinələrdən keçirilib, sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır:
"Eyni zamanda ona psixososial dəstək göstərilir, yaşadığı hadisənin yaratdığı təsirlərin aradan qaldırılması və emosional vəziyyətinin stabilləşdirilməsi məqsədilə reabilitasiya prosesinə cəlb olunub.
Hazırda azyaşlının sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi üçün aidiyyəti qurumlar tərəfindən lazımi sosial, psixoloji və tibbi dəstək tədbirləri davam etdirilir. Bütün məsələlərdə uşağın hüquq və mənafeyi əsas prioritet kimi nəzərə alınır".
