Azərbaycanda nasos stansiyasını su basdı - Foto

 Azərbaycanda nasos stansiyasını su basdı - Foto

Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində Şəmkir nasos stansiyası ərazisində qeydə alınıb. Hidrotəzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.

Nəticədə su stansiyanın həyətinə dolub.

Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çəkilməsi istiqamətində tədbirlər görülür.

17:24 - 7 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin