Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb.
Asayis.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Respublika ərazisindəki ödənişli avtomobil yollarında nəqliyyat vasitələrinin maksimal hərəkət sürəti 110 km/saatdan 130 km/saata qaldırılıb", - deyə məlumatda qeyd olunub.
