“Azərsun Holdinq”də rəhbərliyin dəyişməsindən sonra ciddi kadr və struktur islahatları aparılıb.
Asayis.az xəbər verir ki, Xitab24.az Tahir Gözəlin qardaşı Əhməd Gözəli “Azərsun Holdinq”in Müşahidə Şurasının rəhbəri vəzifəsində əvəz etməsindən sonra qardaşının bütün kadrlarını işdən azad etdiyini yazıb.
Holdinqdə kütləvi ixtisarlar Əhməd Gözəlin kadrlarına şamil edilir.
“Ötən həftənin sonlarından başlayan kütləvi ixtisarlara düşən baş ofisdəki işçilərə stajına görə təzminat da ödənilir. Bununla bağlı Əmək Məcəlləsinin tələblərinə əməl olunur”, - məlumatda vurğulanıb.
Həmçinin “Azərsun Holdinq”in tərkibinə daxil olan “Al Market” şəbəkəsinin bu ay ərzində 60-a yaxın filialının bağlandığı da vurğulanıb. İddialara görə, mayın sonuna qədər bağlanan filialların sayı 200-ə çatacaq.
