"3 manatlıq kabab" kafesində nöqsanlar - Foto

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Ələsgər oğluna məxsus "3 manatlıq kabab" kafesində plandankənar yoxlama keçirilib.

Bu barədə Asayis.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisədə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş olduğu, məhsulların müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. İstehlaka təqdim edilən ət məhsullarından nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək kafedə xidmətlərin göstərilməsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

18:14 - 6 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin