Sumqayıtda maşın yolu çökdü

 Sumqayıtda maşın yolu çökdü

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

17:30 - 5 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin