Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi

 Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədov TƏBİB Katibliyinin rəhbəri təyin edilib.

S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.

Qeyd edək ki, Sahib Gülməmmədov 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri olduğu zaman köməkçi təyin edilmişdi.

13:08 - 5 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin