Nazir Bərdənin rəisini Şəmkirə göndərdi

 Nazir Bərdənin rəisini Şəmkirə göndərdi

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Rusif Əlövsət oğlu Quliyev Şəmkir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, Rusif Quliyev artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Rusif Quliyev 2018-ci ildən Bərdə rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.

11:08 - 5 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin