Qonaq gəldiyi evdə arı sancdı, öldü

 Qonaq gəldiyi evdə arı sancdı, öldü

Tərtər rayonunda 48 yaşlı kişi qonaq gəldiyi evdə arı sancmasından ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Düyərli kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:20 - 2 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin