Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, Gömrük xidməti general-polkovniki Şahin Bağırov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, yeni layihədə risk meyarları əsasında gömrük nəzarətinin həyata keçirilməsi nəzərdə tutulur:
"Bu yanaşma beynəlxalq praktikada geniş tətbiq olunur və son illərdə ölkəmizdə də uğurla istifadə edilir. Qeyd etmək lazımdır ki, gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb ki, bu da risk idarəetmə sisteminin tətbiqinin effektivliyini göstərir".
