Bu avtobuslar yenilənir: Gediş haqqı...

 Bu avtobuslar yenilənir: Gediş haqqı...

Bakı Metropoliteni QSC-nin "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.

Bu barədə Asayis.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək. Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,50 manat təşkil edir.

14:40 - 30 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin