1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu

 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Daha sonra təqsirləndirilən şəxs Raqif Abbasovun vəkili mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Daha sonra proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onların barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Hazırkı vaxta qədər onların əməlləri nəticəsində dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

18:26 - 29 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin