Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto

 Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb.

Asayis.az xəbər verir ki, bu barədə Report-a Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov məlumat verib.

O bildirib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışların nəticəsidir.

14:34 - 29 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin