Metropolitenin bu layihəsi ağılsızlıqdır: Milyonları israf etmək...

 Metropolitenin bu layihəsi ağılsızlıqdır: Milyonları israf etmək...

Bakı Metropoliteni QSC dövlət proqramının bir hissəsi olaraq, “Nizami” stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək. Bu xəbər məni dəhşətə gətirir.

Asayis.az xəbər verir ki, bu sözləri hüquqşünas Sahib Məmmədov qeyd edib.

O bildirib ki, belə bir layihəni gerçəkləşdirmək istəyi sadəcə ağılsızlıqdır:

“28 May-Nizamı” xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonasıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən...”

S.Məmmədov vurğulayıb ki, 10 il qazmaçı işləyib və bu iş prosesinə yaxşı bələddir:

“Əlbəttə ki, tikmək olar, ancaq milyonlar hesabına. Halbuki həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək mümkündür. “Təhlükəli” deyəndə həm də onu nəzərdə tuturam ki, yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək. Çünki su özünə yol tapacaq.

Həmin ərazilərdən təxminən 144 yeraltı axın var. "Elmlər Akademiyası" xətti tikiləndə səhv etmirəmsə, 144 yerdən betonlama və tampanaj işləri aparılmışdı. Bir növ bəndlər vurulmuşdu. Tikinti planlaşdırlan ərazidən bir az yuxarıda suyun özü-özünə toplandığı 13 000 kub həcmində tutumu olan su qaleriyası var. Şirin sudur. Həcmi saxlamaq üçün hər sutkada 3000 kub suyu kanalizasiya sisteminə ötürürlər”.

21:22 - 28 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin