Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.
O bildirib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.
Eşqi Bağırov qeyd edib ki, bu il müəllimlərin sertifikatlaşdırılmasının sonuncu mərhələsi keçiriləcək.
"2022-2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib. Bu il göstəricilər artacaq. Düşünürük ki, 90 min müəllimin maaşı differensial qaydada tənzimlənəcək".
