Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək

 Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək

Abşeron rayonun (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos sistemində (KNS) nasos aqreqatları bərpa ediləcək.

Asayis.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.

Məlumata əsasən, KNS-də idarəetmə paneli yuxarı səviyyəyə qaldırılacaq və digər zəruri tədbirlər görüləcək.

12:38 - 28 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin