Ölkədə faktiki hava açıqlandı

 Ölkədə faktiki hava açıqlandı

Aprelin 27-si saat 18:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.

18:16 - 27 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin