Melaniya məndən cəld reaksiya verdi - Tramp

 Melaniya məndən cəld reaksiya verdi - Tramp

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.

Asayis.az Modern.az-a istinadla xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib.

"Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim", - o bildirib.

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib:

"Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı".

Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.

Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkə edib.

14:02 - 26 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin