Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Asayis.az Report-a istinadla xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
