Qaxda mindən çox abonentin qazı kəsildi

 Qaxda mindən çox abonentin qazı kəsildi

Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi, Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Asayis.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

11:54 - 24 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin